|
Avstraliya hökuməti Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanımağa hazırlaşır.
Axar.az xəbər verir ki, Avstraliya mətbuatı Baş nazir Skott Morrisonun və Nazirlər Kabinetinin artıq qərarı qəbul etdiyini yazıb.
Məlumata görə, sözügedən qərar dekabrın 12-də açıqlanacaq, ancaq hökumət Qüdsdə səfirlik açmayacaq. Təl-Əvivdəki səfirliyin köçürülməməsinə səbəb isə bunun təxminən 200 milyon dollara başa gəlməsidir. Avstraliya hökuməti bu xərci lazım bilməyib.
Qeyd edək ki, artıq ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras kimi ölkələr Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.