|
Robotlaşdırma və süni intellektdən istifadə dünyada qadınlar üçün nəzərdə tutulan iş yerlərinin 11%-nin itirilməsinə səbəb olacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqarda çıxış edib.
“Bu proses kişilərdən daha çox qadınlara təsir edəcək. Bəzi peşələr yox olacaq. Daha dəqiq desək, qadınlar üçün 280 milyon iş yeri bağlanacaq. Robotlaşdırma prosesi həmçinin kişilərin 7%-nin işini itirməsiylə nəticələnəcək. İnkişafda olan ölkələrdə qadınlar daha çox monoton, hərəkətləri təkrar etməyi tələb edən işlər görürlər. Buna görə də onları robotların əvəz etməsi asanlaşır”, – deyə o bildirib.