|
00:35
Türkiyə Hərbi Hava Qüvvələri İraqın Sincar və Karacak dağı bölgələrində antiterror əməliyyatları həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Aviaəməliyyatların BMT anlaşmasının 51-ci maddəsi çərçivəsində baş tutduğu deyilib.
***
Silahlı qüvvələrimizin Sincar və Karacak Dağında terrorçuların mərkəzinə təşkil etdiyi aviaəməliyyat onların himayədarlarına bir mesajdır.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun deyib.
“Bu hərəkat terrorizmə zərbədir”, - deyə Altun bildirib.
Türkiyə rəsmisinin bu çıxışda YPG-nin himayədarı ABŞ-ı nəzərdə tutması istisna edilmir.