|
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi toqquşmalar üçün arena olmamalıdır.
Axar.az xəbər verir ki, bunu Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Təəssüf ki, son zamanlar Qara dəniz regionunda situasiya deqradasiyaya məruz qalıb. Bu tendensiyanı yatırmaq və Qara dənizi sülh, stabillik zonasına çevirmək üçün çalışmaq lazımdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəqiq iqtisadi profili var və onun statusuna mütləq hörmət edilməlidir”, – deyə o bildirib.
Lavrov qeyd edib ki, Moskva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında reformlar aparılması ideyasına baxmağa açıqdır.
O, Rusiyanın təşkilatın təqaüd sisteminin yaradılmasını müzakirə etməyə də hazır olduğunu bildirib.