Rusiya və Qərb ölkələri Kosova ordusunun yaradılması səbəbindən BMT Təhlükəsizlik Şurasının keçirəcəyi iclasın formatı ilə bağlı aparılan qapalı məsləhətləşmələrdə razılığa gələ bilməyiblər.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasında keçirilən iclasa Serbiya Prezidenti Aleksandr Vuçiçin də qatılacağı bildirilib.

“Əsas fikir ayrılığı iclasın formatıyla bağlıdır. Biz Qərbin indiki yanaşmasını hörmətsizlik sayırıq. Niyə çoxsaatlıq mövzular açıq formatda keçirilir, amma mövzu Serbiyaya aid olan kimi hər şey qapalı olur? Belə təəssürat yaranır ki, bizim Qərbdən olan tərəfdaşlarımız problemləri qapılar arxasında gizlətməyə çalışırlar”, - Vuçiç deyib.

Qeyd edək ki, Kosova bundan öncə ordu yaradılması barədə qərar qəbul edib. Ordunun yaradılmasına tanınmamış respublika 98 milyon avro xərcləmək niyyətindədir.

Hələlik Kosovanı qərarına görə yalnız ABŞ-ın buradakı səfirliyi təbrik edib. NATO və AB isə rəsmən qərara qarşı çıxıb. Alyans həmçinin Kosova ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib.

Serbiya rəhbərliyi məsələyə sərt münasibət bildirib. Ölkə Prezidenti Aleksandr Vuçiç Kosova ordusu haqqında qərarın ləğv edilməyəcəyi təqdirdə bu bölgənin işğal edilmiş ərazi olaraq qəbul ediləcəyini bildirib. Rəsmi Belqrad həmçinin Kosova ordusunun yaradılmasının ABŞ, Britaniya və Almaniyanın ortaq layihəsi olduğunu bildirib.

BMT TŞ-nin iclası Serbiya və Rusiyanın tələbiylə çağırılıb. Belə ki, tərəflər Priştinanın bu qərarının BMT TŞ-nin 1244 saylı qətnaməsi ilə ziddiyət təşkil etdiyini düşünürlər. Bu qətnaməyə əsasən, Kosovada yalnız beynəlxalq güclərin yaradılmasına izn verilir.

23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti