|
Əgər Rusiya Tiflislə əlaqələrini kəssə, bu, Rusiyaya heç bir xeyir verməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Biz birbaşa uçuşlar təmin etmişik. Biz artıq Gürcüstanın vacib tərəfdaşıyıq. Təsəvvür edin ki, biz Gürcüstanla münasibətləri kəsmişik, amma ABŞ bazası və biolaboratoriyaları burada çalışmağa davam edir. Bundan sonra nə olacaq?” – deyə o bildirib.