|
Feysbuk İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun fələstinli müsəlmanları hədəf alan paylaşımını silib və səhifəsini 24 saatlıq bloklayıb.
Axar.az xəbər verir ki, şirkətin bu addımının ardından Feysbuku hədəf alan Yair Netanyahu sosial şəbəkəni “fikir polisliyi” etməkdə ittiham edib.
“Fesbuk onu tənqid etdiyim üçün hesabımı 24 saatlıq əngəlləyib. Düşüncə polisidir. İnanılmaz”, - Yair Netanyahu bildirib.
Xatırladaq ki, Yair Netanyahu bölgədə sülhün yalnız iki qrupdan birinin buradan tamamilə ayrılmasından sonra mümkün ola biləcəyini açıqlamışdı.