|
Rusiya Ukrayna ilə müharibə aparmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Ukraynanı normal, neytral ölkə kimi saxlamaq üçün onun ərazisində yaşayan hər kəsin komfortlu yaşamı təmin edilməlidir.
O, Ukrayna Prezidenti Pyotr Poroşenkonun dekabrda Krımla sərhəddə yeni provokasiya hazırladığını bildirib.
Lavrov Kiyevin bu provokasiyanı Qərbdəki kuratorları ilə müzakirə etdiyini də deyib.