|
Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Respublikaçılar Partiyasının sıralarından ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.
Məlumata görə, Karapetyan artıq çoxdandır ki, partiya üzvləri ilə ünsiyyət saxlamır. Onun bu addımına səbəb isə partiya üzvlərinin Serj Sərkisyanla birlikdə onun əleyhinə çalışması və pis rəftarı olub.
Karapetyanla birlikdə ona görə 2017-ci il seçkisi ərəfəsində Sərkisyanın partiyasına qoşulmuş 7 min nəfər də partiya sıralarından ayrılacaq.
Respublikaçılar Partiyası Karen Karapetyanın partiya sıralarından ayrılmaq üçün ərizə ilə müraciət etdiyini təsdiqləyib.