|
Qırğızıstan KTMT baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təyinatını dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib.
O, Zasla görüşdüyünü və onunla bu barədə söhbət apardığını bildirib. Jeenbekov KTMT kimi önəmli təşkilatın baş katibsiz qalmaması gərəkdiyini deyib.