“Blumberq” agentliyinin analitikləri tərəfindən hazırlanan “Pessimistin bələdçisi” adlı hesabatda 2019-cu ildə dünyada kəskin ərzaq qıtlığı olacağı bildirilir.

Azərtac xəbər verir ki, ekspertlər gələn il El-Ninyonun (Sakit okeanın ekvatorial hissəsində temperatur dəyişiklikləri) planetin əksər hissəsində daşqınlara, meşə yanğınlarına, quraqlıq və qlobal aclığa səbəb olacağını, həmçinin silahlı münaqişələr nəticəsində qaçqınların sayının artacağını proqnozlaşdırırlar.

Fəlakət ssenarisi bu qış mövsümündə Əl-Ninyo effektinin meydana gələcəyini, Sakit okeanda anomal temperaturun olacağını və bunun bütün planetə təsir edəcəyini ehtiva edir. Dünya Meteorologiya Təşkilatının (DMT) məlumatında bildirilir ki, bütün bu ehtimallar 75-80 faiz təşkil edir. Amerikan meteoroloqları isə El-Ninyonun təsirinin yanvarda hiss olunacağını, 1-2 il davam edəcəyini qeyd ediblər. Bütün hallarda, 2019-cu ildə planetimizdə təbii fəlakətlər – Cənubi Amerikada daşqınlar, Afrikada, Şərqi və Mərkəzi Asiyada, habelə İndoneziya və Filippində quraqlıq hökm sürəcək.

Hesabatda qeyd olunur ki, iqlim anomaliyaları nəticəsində yaranacaq ərzaq qıtlığı siyasi toqquşmalara da gətirib çıxara bilər. Bundan başqa, ekvatora yaxın ölkələrdə müxtəlif epidemiyalar yayılacaq. Rusiya ərazisində isə ən soyuq yaz mövsümü gözlənilir, lakin qışda havanın temperaturu orta göstəricilərdən yuxarı ola bilər. Dünyanın böyük bir hissəsində El-Ninyonun və qlobal istiləşmənin təsiri ilə havanın hərarəti daha da yüksələcək və 2019-cu il ən isti il olacaq. Qızmar hava Avstraliyada taxıl sahələrini məhv edəcək, Braziliyanın kənd təsərrüfatı rayonlarında hər il davam edən yağışları quraqlıq əvəz edəcək. Bunun nəticəsində soya və qarğıdalı plantasiyaları yox olacaq. Sakit okean sahillərində yerləşən Yaponiyadan Hindistanadək ərazidə sel və daşqınlar düyü plantasiyalarını yuyub aparacaq və növbəti ilin payızında bir çox ölkələrdə ərzaq ehtiyatları xeyli azalacaq.

“Blumberq”-inanalitikləri qeyd ediblər ki, böyük ölkələrdən Rusiya, Kanada, Ukrayna və ABŞ El-Ninyo effektindən zərər görməyəcəklər. Hesabatda vurğulanır: “Lakin Rusiya taxıl məhsullarının ixracını xeyli azaldacaq və Ukraynanın ixracına mane olmağa çalışacaq. Digər tərəfdən, Türkiyəyə rus raket sistemlərinin tədarükü nəticəsində NATO Bosfor və Dardanel boğazlarını bağlamağa məcbur olacaq ki, bunun nəticəsində Ukraynadan Yaxın Şərq və Afrikaya taxıl ixracı dayanacaq. Buna müvafiq olaraq, dünyada taxılın qiyməti rekord səviyyədə artacaq və 1974-cü ildə ərəb neftinə qoyulan embarqo nəticəsində yaranan vəziyyət təkrar olunacaq”.

Hesabat müəllifləri bildirirlər ki, yoxsul ölkələrin yeni qiymətlərlə ərzaq ala bilməməsi nəticəsində Şərqi və Şimali Afrikada humanitar fəlakət yaranacaq. Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Misirdə də vəziyyətin pisləşəcəyi gözlənilir.

Analitiklər ABŞ Prezidenti Trampın iqtisadi-ticarət siyasətinin də dünyada ərzaq qıtlığının artmasına mənfi təsirini qeyd ediblər. Hesabatda vurğulanıb: “Tramp bazarları açmaq və dünyanı ərzaqla təmin etmək imkanına malik idi. Lakin o, “bizim məhsulumuz öz evimizdə qalacaq” bəyanatını verməklə ümidləri puça çıxardı. Beləliklə, amerikan fermerləri taxıl ixracından əldə edilən böyük gəlirlərdən də məhrum oldular. Onlara təzminat qismində ödənəcək 50 milyard dollar isə ABŞ-ın büdcə kəsirini artıracaq. Bəşəriyyəti bir hissəsinin xilaskarı isə Kanadanın Baş naziri Castin Trüdo olacaq. O, aclıqdan əziyyət çəkən ölkələrə milyardlara dollarlıq ərzaq məhsulları göndərəcək”.

“Blumberq” analitiklərinin əvvəllər də verdikləri proqnozların əksəriyyəti özünü doğrultmuşdu.

26 Noyabr 2024 Çin alimləri "Ulduz müharibələri"ndəki ölümcül silahı yaratdıqlarını iddia edir
26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək

Xəbər lenti