|
Suriyanın İdlib bölgəsindəki silahlı qruplaşmalar kişilərin humanitar koridorlardan istifadə edərək bölgəni tərk etməsini qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Şəbəkəsinin sədri Əhməd Kazım danışıb.
“Onlar kişilərin çıxışını qəti şəkildə qadağan ediblər. Yalnız bəzi ailələrə, uşaq və qocalara icazə verirlər. Son dövrlərdə təxminən 500 nəfər bölgəni tərk edib. İndi isə demək olar ki, heç kimin çıxışına icazə vermirlər”, - Kazım bildirib.
Onun sözlərinə görə, son günlər humanitar koridorlardan ümumiyyətlə heç kim istifadə edə bilmir:
“Əbu Duhur humanitar koridorunda oldum. Vətəndaşlar ondan istifadə edə bilmirlər. Çünki yaraqlılar onları öldürmək və mülklərini əllərindən almaqla hədələyirlər”.
Xatırladaq ki, İdlib bölgəsində 1.2-1.8 milyon arası insanın yaşadığı bildirilir. Bölgədə bir çox silahlı qruplaşma, o cümlədən Nüsrə Cəbhəsi yaraqlıları mövcuddur.