|
Atatürk Rusiyanın böyük dostu idi. O, bizim ölkələr arasında əməkdaşlığın əsaslarını qoyub, Türkiyə dövlətinin qorunması üçün çox şey edib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bugünkü mətbuat konfransında deyib.
“Moskva və Ankara münasibətləri hazırda yaxşı inkişaf edir, əlaqələr güclənir. Tərəflər hər şeylə razı deyillər, amma kompromislər axtarmağa hazırdırlar. Türkiyə NATO üzvü kimi müstəqil xarici siyasət aparır”.