|
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun köməkçisi istefa verib.
Axar.az xəbər verir ki, Kılıçdaroğlunun iqtisadiyyat üzrə köməkçisi Kərəm Oqtay vəzifəsindən istefa verdiyini bəyan edib.
Oqtay istefadan sonra belə bir açıqlama verib: "Bu gün Türkiyənin rejimi dəyişib. Cümhuriyyəti qorumaq, demokratiyanı gücləndirmək üçün CHP dəyişməli, yenidən xalqımıza ümid verməli və iqtidar yürüşünə başlamalıdır", - Oqtay söyləyib.