|
Hindistan Rusiyadan Su-30MKİ qırıcılarının yeni partiyasını almağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Biznes Standard” nəşri informasiya yayıb.
Hindistan hazırda 18 təyyarənin alınması üçün Moskva ilə 800 milyon dəyərində yeni müqavilə imzalamağı planlaşdırır. Hindistan həmçinin bu qırıcıların Nasik şəhərində yerləşən kompleksdə yığılması məsələsini də gündəmdə saxlayır.