|
İranı ABŞ-ın sanksiyalarından qorumaq üçün Avropa Birliyinin dəstəklədiyi ticarət mexanizminin qurulması bir qədər gecikmiş addımdır.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Cavad Zərif Tvitter hesabında bildirib.
Zərif Almaniya, Fransa və Böyük Britaniyanın yaratdığı xüsusi hesablama mexanizmini məmnuniyyətlə qarşıladıqlarını, Avropa ilə qarşılıqlı hörmət çərçivəsində və bərabər şərtlərdə konstruktiv əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Qeyd edək ki, sözügedən ölkələr İranla hesablaşma mexanizmi İNSTEX-i (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) yaradıb.