|
13:54
İordan çayının qərb sahili, Qəzza və İordaniyada yaşayan fələstinlilərə edilən yardımlar dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə USAİD məlumat yayıb.
Belə bir qərarın Fələstin administrasiyasının istəyi ilə verildiyi deyilib.
Qeyd edək ki, bir müddət əvvəl Fələstin Qurtuluş Cəbhəsini baş katibi Saib Ureykat bu kimi yardımların istənilmədiyini bəyan etmişdi.
“Bizi məhkəmə qarşısına çıxaracaq pulu istəmirik”, - Ureykat bildirmişdi.