|
Misirin Minyə şəhərindəki qədim qəbirlərdən birində 40 mumiya tapılıb.
Axar.az xəbər verir ki, bunu Qahirədə keçirdiyi mətbuat konfransında Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani deyib. O, şəhərin Tuna Cəbəl bölgəsində tapılan mumiyalardan 10-nun uşaqlara aid olduğunu söyləyib:
“Misirli arxeoloqlar tərəfindən aşkarlanan məzarda 3 müxtəlif quyu da tapılıb. Məzarlar qaya içərisində oyularaq hazırlanıb. Mumiyalardan bəziləri daş, bəziləri taxta tabutlarda, bir qismi isə tabutsuz şəkildə dəfn edilib”.
Anani mumiyaların tarixin hansı dövrünə aid olması barədə açıqlama verməyib.