|
Avropa Birliyi INSTEX sistemi ilə ABŞ-ın qəzəbinə qarşı müstəqil hərəkət edə biləcəyini göstərdi.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.
Ruhani bu gün dünyanın Ağ Evlə qarşı-qarşıya qaldığını, ABŞ hökumətinin önəmli kəşfiyyat və təhlükəsizlik üzrə şəxsləri belə qəbul etmədiyini deyib:
"ABŞ-ın səhv sanksiyalarının ömrü qısadır və İranın dünya ilə əlaqələrinə təsir etməyəcək. Heç şübhəsiz bu dövrü də arxada qoyacağıq".
Qeyd edək ki, Almaniya, Fransa və Böyük Britaniya İranla hesablaşma mexanizmi İNSTEX-i (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) yaradıb. İNSTEX qurumunun mərkəzi ofisi Fransada yerləşəcək.