Prezident İlham Əliyev hər zaman öz çıxışlarında Azərbaycanın milli maraqları məsələsini çox ciddi şəkildə qoruyur və bununla bağlı öz tövsiyələrini bildirir.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Nazirlər Kabinetinin 6 ayın yekununa dair hesabat iclasında da həm sosial-iqtisadi inkişaf, həm ölkə qarşısında duran vəzifələrə açıq şəkildə toxunuldu və onların həlli yolları göstərildi:

“Prezidentin bir neçə gün bundan əvvəl Azərbaycanın enerji sektorunda baş verən problemlə bağlı da çox qəti şəkildə mövqeyini ortaya qoyması bütün cəmiyyətin ürəyindən xəbər verdi. Prezidentin bu məsələ ilə bağlı heç bir izahat qəbul etmədiyinə dair bəyanatı onu göstərdi ki, tək enerji sektoru deyil, bütün sahələr elə şəkildə fəaliyyət göstərməlidir ki, onun acısını sadə vətəndaş çəkməsin. Dövlət məmuru ilk növbədə vətəndaşa qulluq etməkdən ötrüdür. Ona verilmiş səlahiyyət daxilində o, problemləri həll etməli, strateji məsələlər barəsində öz təkliflərini səsləndirməlidir. Prezidentin bu məsələlərlə bağlı bəyanatları onu deməyə əsas verir ki, bizim ölkənin inkişafını daim diqqətdə saxlayan bir liderimiz var”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirləri isə dəyişməzdir:

“Bu, çox vacib bir məqamdır. Yəni Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğalçı Ermənistana güzəştə gedilməsi məsələsi heç bir zaman müzakirə mövzusu ola bilməz. Beynəlxalq güc, hüquq normaları çərçivəsində işğalda olan ərazilərimiz işğaldan azad olunmalıdır. Problemin həllinin yeganə və düzgün yolu budur. Prezident tərəfindən bu fikir bir daha səsləndirildi”.

Millət vəkilinin sözlərinə görə, həyat da bunu sübut edir ki, torpaqlarımızı işğalda saxlaması Ermənistanı iqtisadi baxımdan məhv edir:

“Ermənistan üçün gələcəkdə də heç bir perspektiv görünmür. Bu gün yeni gələn hakimiyyət ilk növbədə Köçəryan, Sərkisyan hakimiyyəti dövrünün ağır nəticələrini Ermənistanın üzərində hər gün hiss etməkdədir. Cənab prezidentin Ermənistanın yeni hakimiyyətinin konstruktiv mövqe tutacağı ilə bağlı fikri bir daha göstərir ki, Azərbaycan Ermənistana növbəti şans verir. Bununla belə, Azərbaycan torpaqları işğaldan azad etmək əzmindədir. Bunun üçün Azərbaycanın kifayət qədər hüquqi əsasları, həm də ciddi imkanları var”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti