Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının illik 27-ci sessiyasının plenar iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova isveçli deputat Kristian Holm Barenfeldin Azərbaycanda məlum demokratik quruculuğun müsbət dinamikasını və insan haqlarının möhkəmləndirilməsi prosesini görməyə hazır olmadığı ilə bağlı məyusluğunu ifadə edib.

O, isveçli həmkarını şübhəli niyyətlərlə və kimlərinsə vasitəsilə təşkilatın binasına daxil olmuş Azərbaycan xalqının bədxahları tərəfindən iclasların fasiləsində foyedə ona ötürülən məlumatlara deyil, etibarlı və obyektiv mənbələrə istinad etməyə çağırıb.

Axar.az xəbər verir ki, Milli Məclis sədrinin müavini sessiyanın yüksək səviyyədə təşkilinə görə alman həmkarlarına təşəkkürünü bildirib. O deyib: “Vaxtilə bölünmə rəmzi olan Berlin bu gün birliyi təcəssüm etdirir”.

Bahar Muradova Bundestaqın sədri Volfqanq Şoblenin çıxışında ATƏT-in fəaliyyətinin və beynəlxalq hüququn təməl prinsipləri - bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsinin zəruriliyi ilə bağlı yer almış fikirləri xatırladıb. “Mövcud böhranların həlli 1975-ci il Helsinki Yekun Aktında əks olunmuş prinsiplərə qeyd-şərtsiz əməl olunmasından asılıdır”, - deyən Bahar Muradova hərbi-siyasi bloklara müraciət edərək, onları bloklara qoşulmayan dövlətlərin ərazi bütövlüyünün tanınması üzrə öhdəliyi öz üzərlərinə götürməyə səsləyib.

Milli Məclisin sədr müavini ATƏT məkanında iqtisadi əməkdaşlığa yardım məsələlərini də diqqət mərkəzində saxlamağa çağırıb. “Bunun üçün nəqliyyat dəhlizlərinin inkişafı sahələrində əməkdaşlığı genişləndirmək, ticarəti sadələşdirmək, insan kapitalını inkişaf etdirmək zəruridir. Məsələn, biz bunları İpək Yoluna Dəstək Qrupu kimi birliklər vasitəsilə həyata keçiririk”, - deyən Bahar Muradova dünənki iclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin İpək Yolu ilə bağlı təqdim etdiyi qətnaməyə səs verən hər kəsə təşəkkürünü bildirib.

ATƏT PA-nın sessiyası iyulun 11-də işini başa vuracaq.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti