Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.  

Z. Əsgərov deyib ki, belə hadisələrin, cinayətlərin törədilməsi ilə Azərbaycanda hansısa xaos, vahimə törətmək cəhdlərinin heç bir perspektivi yoxdur: "Şükürlər olsun ki, Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Ona görə də belə hərəkətlərin qarşısı dərhal alınacaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə qarşı əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Belələri xaricdəki himayədarlarına arxalanaraq bu cür hərəkətlər edirlərsə, belə cinayətlər və terror aktları törədirlərsə, bununla heç nəyə nail ola bilməyəcəklər. 1990-cı illərdə Azərbaycan dövlətinə qarşı belə hallar olub. Azərbaycan həmişə belə hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Mən Gəncədən olan bütün həmvətənlərimizi, bütün Azərbaycan vətəndaşlarını bir daha çağırıram ki, həmişə olduğu kimi Azərbaycan dövlətçiliyi, prezidentimiz ətrafında daha sıx birləşsinlər, belə hərəkətlərin qarşısının dərhal alınmasında dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına yardımçı olsunlar".

Vitse-spiker bildirib ki, bu hadisələr bir daha gəncəlilərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunmasında həmişə olduğu kimi yenə də fəal olduqlarını göstərdi: "Dünən Gəncədə bir qrup cinayətkar ünsür yığışıb, xaos yaratmaq istəyiblər. Gəncəlilər yenə də Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər. Belə halların qarşısı qətiyyətlə alınacaq. Sözsüz k, xalq belə hərəkətləri dəstəkləmir. Çox təəssüf ki, ictimai asayişin bərpası zamanı iki zabitimiz həlak olub. Mən onların ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Həqiqətən polis zabitləri igidlik göstərib, öz vəzifələrini vicdanla, namusla yerinə yetiriblər. Onlar öz vəzifələrini icra edərkən həlak olubar".

Gəncədə baş verən hadisənin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının öncədən daha effektiv addımlar atmasının mümkünlüyü barədə fikirlərə gəlincə, Z. Əsgərov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur : "Hər şeyə aydınlıq gətiriləcək"

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti