Gəncədə baş verən iğtişaşlar həm Azərbaycan qanunlarının, həm də dini dəyərlərin tapdalanması kimi qəbul edilməlidir.

Din şüarı ilə, “Allahu-Əkbər” deyərək hüquq-mühafizə orqanlarına hücum edib, onları qətlə yetirmək dəhşətli bir faciədir. Bunun dinlə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, həmin insanlar yalnız öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edirlər.

“Bu dini dəyərlərin istismar edilməsidir, dinə və dövlətə qarşı olan bir cinayətdir. Ona görə də, din xadimləri yekdil olaraq bu olayları pisləyirlər. Bu halın gələcəkdə təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Bütünlüklə Azərbaycan cəmiyyəti səfərbər olmalıdır. Çünki bu tip hadisələr böyük təhlükələrdən xəbər verir. Hansısa qüvvələr din adından istifadə edib kənardan Azərbaycandakı vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq istəyirlər. Amma Azərbaycan inanclı insanları Azərbaycan dövlətçiliyinə sadiqdir. Heç zaman dövlətçiliyə zərbə vurulmasına imkan verməməlidirlər. Bu məsələdə mövqe birmənalıdır. Azərbaycanda olan dövlət din münasibətləri modelinə zərbə vurmaq, inanclı insanları qarşı-qarşıya qoymaq məqsədi daşıyan bu qüvvələr ifşa edilməlidir, onlara qarşı ən sərt tədbirlər görülməlidir”.

H.Şahin bildirib ki, din heç zaman insanın öz vətəndaşlarına qarşı silah qaldırmasına dəvət edə bilməz:

“Din hər zaman barışa dəvət edir. Din yalnız hərbi düşmənlə döyüşmək üçün cihada dəvət edə bilər. Bizim də düşmənimiz bəllidir. Düşmənimiz Azərbaycan torpağını işğal edən təcavüzkardır, ölkə daxilində düşmən axtarmaq, bu məsələni dinlə əlaqələndirmək yolverilməzdir. Bunu etmək cinayətin özü qədər böyük cinayətdir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti