Yol-xeber.az" xəbər verir ki,  Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.h

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti