İyulun 10-11-də Ciddə və Məkkə şəhərlərində İslam Əməkdaşlıq Təşkilatı və Əfqanıstan hökumətinin birgə təşkilatçılığı ilə Əfqanıstana dair Beynəlxalq Üləma Konfransı keçirilib.

Tədbirdə əksər müsəlman ölkələrindən, habelə Əfqanıstanda yaşayan etnik azlıqları, dini təriqətləri və siyası qrupları təmsil edən 150-dən çox din xadimi və nümayəndələr iştirak edib. Konfransda çıxış edən İƏT-in baş katibi Yusif Əl-Osaymin İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının islami qaydaların terrorçu qruplar tərəfindən yanlış izahının qarşısının alınması məqsədilə beynəlxalq müstəvidə Əfqanıstana dair üləma konfransının çağırılmasına qərar verdiyini bildirərək bu ölkədə milli barışığa nail olmaq və ekstremizmlə mübarizədə irəli sürülən ikitərəfli və çoxtərəfli təşəbbüslərin məhz beynəlxalq müstəvidə nəzərdən keçirilməsini və bu istiqamətdə üləmaların, din xadimlərinin öz töhfələrini vermələrinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Axar.az xəbər verir ki, konfransın hədəflərinə toxunan baş katib Əfqanıstanda milli barışıq prosesinin sürətləndirilməsi və İslam təlimi işığında terrorçu və ekstremist fikirlərin dağıdılmasının qarşıya qoyulmuş əsas məqsədlər olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Səudiyyə Ərəbistanı hökuməti adından çıxış edən İslam məsələləri, dəvət və irşad naziri Əbdüllətif bin Əbdüləziz Ali Şeyx İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləzizin salamlarını konfrans iştirakçılarına çatdıraraq Əfqanıstanda davamlı sülhün və milli barışığın bərqərar olmasının İki Müqəddəs Məscidin Xadiminin daim diqqət və marağında olduğunu, islami dəyərlərin yanlış təbliğinin qarşısının alınmasında üləmaların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin başçısı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Əfqanıstanın maddi resurslarla zəngin, eyni zamanda, əlverişli geostrateji coğrafi mövqeyə malik olduğunu söyləməklə bu ölkədə davamlı sülhün və əmin-amanlığın bərqərar olmasının regionun geosiyasi sabitliyi və inkişafı baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə artıq bir neçə beynəlxalq konfransa – 2017-ci ilin dekabr ayında "Asiyanın ürəyi-İstanbul prosesi"nin 7-ci nazirlər toplantısına, 2018-ci ilin iyun ayında isə Əfqanıstana dair Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyini xatırladan şeyxülislam Əfqanıstanda sülh və barışığın, müasirlik və tolerantlığın təşviqində, habelə islami dəyərlərin yanlış izahından doğan radikalizmlə mübarizədə görkəmli müsəlman din xadimlərinin və üləmaların həlledici rol oynaya biləcəyini, bu cür yığıncaqların səmərəliliyi üçün davamlı olmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın ikinci günü nümayəndə heyətlərinin rəhbərləri Ciddə şəhərində Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və Məkkə Əyalətinin əmiri Xalid Əl-Feysəl tərəfindən qəbul edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı Kral Salman bin Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edərək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın İslam dünyasındakı rolunu və mövqeyini yüksək qiymətləndirib.

Öz növbəsində, dövlətimizin başçısının səmimi salamlarını Krala çatdıran Şeyxülislam Səudiyyə Ərəbistanı dövlətinin xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman ölkəmizə göstərmiş olduğu dəstəyi yüksək qiymətləndirib.

Görüşlərdə şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev müşayiət edib.

Konfrans Yekun kommunikenin qəbulu ilə başa çatıb.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti