|
Bu gün səhər saatlarında Qaradağ rayonunda avtobusun aşması nəticəsində 1 nəfər sərnişin dünyasını dəyişib.
Bunu “Qafqazinfo”ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.
O qeyd edib ki, hadisə Bakı-Qazax yolunun 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. “Yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb. Nəticədə avtobus bir neçə dəfə aşıb. Polisin ilkin verdiyi məlumata görə, hadisəyə səbəb
Nəticədə 1 nəfər ölüb, xəsarət alanlar isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Biz də hazırda hadisə yerindəyik”.
***
Qafqazinfo” xəsarət alanların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb. O bildirib ki, hazırda xəstəxanaya çatdırılanlan yaralıların vəziyyəti stabildir: “Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdə poliklinikaya müraciət edib, xəsarətləri yüngüldür. yerləşdirilib, 3 nəfərə yerindəcə ilkin yardım göstərilib, onların da xəsarətləri yüngüldür. Bir qadın isə qəzadan dərhal sonra dünyasını dəyişib.
Günel Türksoy
Günel Hacı
Fotolar: Elxan Qəniyev