|
Belçikanın paytaxtı Brüsseldə reallaşan NATO liderlər sammitində dövlət başçılarının imzaladığı yekun bəyanat açıqlanıb.
bəyanatda aşağıdakı maddələr yer alıb:
- Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.
- Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.
- Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.
- Türkiyənin son 4 ildə Suriyadan raket atəşləri ilə vurulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.
- Son 4 ildə müdafiə xərclərinin artması məmnunedicidir.
- Rusiyanın fəaliyyətləri stabilliyi və təhlükəsizliyi risk altına salır.
- 2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi hərəkətliliyi daha da artırmaq planlanır.
- Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.
- 2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.