Yol-xeber.az" xəbər verir ki, Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıq nümunələri, şücaət və mərdlik göstərmiş, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daxili işlər naziri  general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.
General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.
Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib. 
 
DIN_9514
 
DIN_9765
 
DIN_9750
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti