10 iyul tarixində axşam saatlarında Gəncədə 2 polis zabitinin öldürülməsi ilə nəticələnən hadisələr həm də olay yerindən təxribat xarakterli, qızışdırıcı video yayan “Hədəf14” saytının əməkdaşı Xatun Etibarqızının çəkib yayımladığı görüntülərlə yadda qaldı.

 

Axar.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, gəncəlilərin toplaşdığı deyilən parkda telefonu ilə çəkiliş aparan xanım jurnalistin paylaşdığı video elə ilk dəqiqlərdən heç də birmənalı qarşılanmadı və əslində hadisələrin həddən artıq şişirdilərək, hiss-həyəcan qatılaraq görüntüləndiyi aydın oldu.

Görüntülərdən məlum olur ki, xanım hadisəni olduğundan daha mübaliğəli təqdim edir. X.Etibarqızı çəkiliş əsnasında rabitəsiz olaraq fərqli istiqamətlərə qacdığı aydın görünür. Çəkiliş zamanı tez-tez “Gəncə camaatı polisi meydandan qovur”, “Gəncəlilər polisi qovaraq ərazidən uzaqlaşdırır” kimi ifadələr işlətsə də, görüntülərdən parkda gəzişən sakinlərin polisi qovduğunu göstərən bir kadr da yoxdur. Xanım müxbirin rabitəsiz hərəkətləri, fərqli istiqamətlərə qaçması, heç nə olmadığı halda öz-özünə qəribə səslər çıxarması çəkdiyi görüntülərlə üst-üstə düşmür. O, üzünə polis tərəfindən bibər qazı sıxıldığını deyib dəfələrlə öskürsə də, yaxınlıqda polis olmadığı görünür. Hətta qeyd edir ki, guya polisin onun üzünə və vətəndaşlara sıxdığı maddə bibər qazı deyil, daha kəskin və fərqli bir qazdır.

Xanım müxbirin çəkilişi apardığı əsnada əvvəlcə bir polis zabitinin, daha sonra isə iki polis zabitinin xəncərlə vurularaq öldürüldüyünü bildirir. Lakin xanım çəkiliş apardığı əsnada ona polislərin öldürülməsilə bağlı məlumatları haradan aldığı və kim tərəfindən verildiyi məlum deyil. Maraqlıdır ki, müxbirin çəkdiyi kadrlarda polislərdən hansısa öldürülmə görüntüsü də yoxdu.

Çəkib hiss və həyəcanla təqdim etdiyi təxribat xarakterli, qızışdırıcı videodan sonra daha da məşhurlaşan xanım mediaya o qədər də yad biri deyil.

Xatun Etibarqızı mediada çox nadir rastlanan hicablı xanımlardandır. O, “Nardaran hadisələri"nə görə təqsirləndirilən və 20 il azadlıqdan məhrum edilən “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadə ilə uzun müddət bir yerdə çalışıb. Radikal və dini fikirləri ilə daim seçilən X.Etibarqızı hazırda bir vaxtlar Azərbaycan İslam Partiyasının sədrəvəzi olan Elçin Əzizağa oğlu Manafovun adına qeydiyyatdan keçmiş “Hədəf14.az” saytında baş redaktor vəzifəsini icra edir.

Gəncədən "qırğın-qiyamət" reportajı hazırlayan “Hədəf14.az” saytı İranın buradakı ruporlarından biri hesab edilir. Maraqlıdır ki, sayt baş verən hadisənin tarixini də "26 şəvval 1439" kimi qeyd etmişdi.

Xatırladaq ki, 10 iyul tarixində dini yönümlü bir qrup radikal şəxs Gəncədə aksiya keçirərək, öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid edib.

Xaricdən maliyələşən bəzi media qurumları isə bu olaylardan qızışdırıcı rolunda iştirak ediblər.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti