Yol-xeber.az" xəbər verir ki,  İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda  2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
 
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. 
 
Sonra çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov daxili işlər naziri V.Eyvazovu əmin edib ki, İnstitutun kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcəkdir.
 
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunların döyüş hazırlığının yüksəldilməsi Ali Baş Komandan tərəfindən hər zaman  nəzarətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edilib. 

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2024-cü il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırıldığını da məmnunluqla qeyd edib. 
Ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili Qoşunların hərbi hissələri ilə bərabər Hərbi İnstitutun da inkişafına təkan verdiyi vurğulanıb. 
Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə minnətdarlığını bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi vurğulayıb. 
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. 
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
 
Tədbirin sonunda  daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" xüsusi rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib. 
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər. 
 
aafc4fc8-d880-47fc-a4b0-83d2c3dd01c9
 
3786a58d-9288-47cc-88f6-038e9e31a883
 
323b82eb-f18e-495c-a3f5-acc8cd1e7f2f
 
7ee828fe-d589-4ee3-884e-63ce6d5721c8
 
f4735580-0d14-47d6-9671-1746810f8830
 
d24aed54-dbc6-40cb-9284-4a2bbe44f135
 
df94c98d-b5cc-4397-bde1-c569bd73a11a
 
37ee4ef2-f10c-4290-840d-66f82ea5f374
 
87e2b7f1-9f6f-4ec6-aa31-3577abc13668
 
7b043ce1-bb4e-479b-b9c1-ea758628cc43
 
ba80c42d-9fa8-4d84-8a52-38fecfc29ce6
 
d8db9bf6-105a-4e00-88ab-b25e47e9f25c
20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti