Yol-xeber.az" xəbər verir ki, Görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr apardıq.
CRCT-nin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq təşəbbüsünün Şərq-Qərb nəqliyyat bağlantısına əhəmiyyətli töhfə verə biləcəyini qeyd etdik.
Görüşdə, həmçinin 19-20 sentyabr tarixlərində Bakıda ADY-nin təşəbbüsü ilə Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisinə dair müzakirələrin aparılacağını bildirdik, Çin tərəfinin bu tədbirdə iştirakından qarşılıqlı məmnunluğumuzu ifadə etdik.