Yol-xeber.az" xəbər verir ki, Oktyabrın 17-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29 tədbiri ilə əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclası keçirilib. 
İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.
2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.  
Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib. 
Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb. 
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.  
Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək, narkotiklərlə mübarizə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının  artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışıblar.
İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özəyinin formalaşdığını, infrastrukturun inkişaf etdiyini, müasirləşdiyini, müvafiq fəaliyyətin Nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçimində nəzərəçarpan irəliləyişlərin əldə olunduğunu, Akademiyada təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə Dövlət Başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə həssas münasibətindən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.  
Hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaşların fəallığının artmasına da toxunaraq qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təmayüllər məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürüdür və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır. Nazir cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib. 
Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb. 
Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrinin icrasını böyük əzmlə davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə həyata keçirməyə çalışır. 
Eyni zamanda, avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.  
Xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.
Yekunda general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin bundan sonra da məsul vəzifələrin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcəyinə, ölkədə sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyinə əmin olduğunu bildirib. 

_Y7A4091

_Y7A4053

_Y7A4023

07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
20 Sentyabr 2024 Azərbaycan, Avstriya və Türkiyə Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı gücləndirir
20 Sentyabr 2024 Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu
20 Sentyabr 2024 Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
19 Sentyabr 2024 ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib
19 Sentyabr 2024 ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir

Xəbər lenti