23 oktyabr tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib. 

Yol-xeber.az" xəbər verir ki, Tədbirin əsas mövzusu Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar olub. 

Tədbirdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb. 

“COP29”-un baş icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov öz çıxışlarında qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmi, bu sahədə əsas qlobal təcrübələr və 2030-cu ilədək Milli Prioritetlər, həmçinin Azərbaycanın yaşıl innovasiya sektorunda artan rolu haqqında iştirakçılara ətraflı məlumat veriblər. 

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlığının birinci və  ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir.

ADY tərəfindən bu istiqamətdə görülən işlər, əldə edilmiş nəticələr və gələcək planlar barədə danışan R.Rüstəmov bildirib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası  0,5%-dən az təşkil edir: “Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

Daha sonra tədbirdə iştirak edən Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib. 

Çıxışların ardınca ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı baş tutub.  

Daha sonra ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.

07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
20 Sentyabr 2024 Azərbaycan, Avstriya və Türkiyə Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı gücləndirir
20 Sentyabr 2024 Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu
20 Sentyabr 2024 Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
19 Sentyabr 2024 ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib
19 Sentyabr 2024 ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir

Xəbər lenti