Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan növbəti hesabat iclası keçirilib.

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayandığını qeyd edib.

İdarə Heyətinin sədri prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələrin həyata keçirildiyini qeyd edib.

Belə ki, Agentlik tərəfindən 107.3 min nəfər əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 km olan,12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. 

Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar olaraq paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 km uzunluğa malik 8 Noyabr prospekti də daxil olmaqla 31 ünvanda əsaslı təmiri işləri aparılıb

Ümumilikdə cari ilin müvafiq dövrü ərzində ölkə ərazisində 382.7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3040.1 km təşkil edir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub. Bundan başqa Agentlik tərəfindən 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, həmçinin 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib. 

Sonda Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirildiyi, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplandığı qeyd olunub. 

Avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə avtomobil yollarının, prospekt və küçələrin qar və buzdan təmizlənməsi işlərində birgə fəaliyyətin əlaqələndirilməsi, fövqəladə vəziyyətlərdə (qar,buzlaşma, sel, daşqınlar, torpaq sürüşmələri və s.) görüləcək işlərin vaxtında, çevik və operativ şəkildə idarə edilməsi məqsədilə operativ işçi qrupu yaradılıb

YOLUNUZ AÇIQ OLSUN...









 

 

20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar 2025 AAYDA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar 2025 20 Yanvar: Metropolitençi Şəhidlərin Əziz Xatirəsinə Hörmət
13 Yanvar 2025 Rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbələri: Nəqliyyat Vasitələrinin Təhlükəsizliyi və Qanunvericiliyə Uyğunluğu Nəzarətində
09 Yanvar 2025 ADY: Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib - MÜSAHİBƏ
09 Yanvar 2025 Daxili işlər naziri Vilayət Eyvazov İsmayıllı rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
28 Dekabr 2024 Daxili işlər nazıri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
20 Dekabr 2024 Siyəzən və Xızı rayonlarindan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
18 Dekabr 2024 ADY və İran Dəmir Yolları arasında bir sıra əməkdaşlıq istiqamətləri müzakirə edilib
13 Dekabr 2024 Astara və Lənkəran sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
12 Dekabr 2024 ADY rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
12 Dekabr 2024 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günüdür
12 Dekabr 2024 AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib FOTO
12 Dekabr 2024 AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib FOTO
09 Dekabr 2024 Azərbaycanın Təhlükəsizliyi və Yol Hərəkətinin Tənzimlənməsi: Cənab İlham Əliyev və Vilayət Eyvazovun Liderliyi Altında Böyük Uğurlar
04 Dekabr 2024 Daxili işlər naziri Vilayət Eyvazov Balakən rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
25 Noyabr 2024 Azərbaycan Dəmir Yolları COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi
25 Noyabr 2024 ADY və Çinin Sian Limanı Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib

Xəbər lenti