2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib.

Bu dövrdə 1315 işaxtaran işlə təmin olunub, 268 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 134 vətəndaş müxtəlif peşələr üzrə kurslara cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a bildirilib ki, ünvanlı sosial yardımın təyini üçün rayonlarda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 42 vətəndaş işlə təmin olunub, ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti üçün, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsindən azad olunan 1 şəxsə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar təqdim edilib. Kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində olan vakant yerlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin olunub. Ötən dövrdə 264 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib, Əlillərin Bərpa Mərkəzində 136 şəxsin, Uşaq Bərpa Mərkəzində isə 150 uşağın müalicəsi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilib, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, habelə Şərur və Ordubad rayonlarındakı bölmələrində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib, maarifləndirici tədbirlər keçirilib, reabilitasiya təlimlərinə 187 uşaq cəlb olunub.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti