|
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi ağır yaralayan Yunis Səfərov icra başçısıni vurmağa 6 öncə də cəhd edib.
Axar.az xəbər verir ki, bu məlumat Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə açıqlamada əksini tapıb.
İcra başçısını öldürməyi əvvəlcədən planlayan Y.Səfərov silah əldə etmək üçün polis əməkdaşına hücum etməkdən də çəkinməyib. Məlum olub ki, o, 2017-ci ildə 8 ay yaşadığı İranın Qum şəhərindən Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib. Elə həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək onun “Makarov” markalı xidməti tapançasını ələ keçirib.
Bundan sonra, icra başçısı E.Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq polisi yaralayıb hadisə yerindən qaçıb.
Bu müddət ərzində o axtarışda olsa da, tutulmayıb.