16:34

Bu gün Dünya Çempionatında dörddəbir final mərhələsinə start veriləcək.

 

Axar.az xəbər verir ki, günün ilk matçında saat 18:00-da Fransa və Uruqvay milliləri qarşılaşacaqlar. Matç “Nijni Novqorod” stadionunda keçiriləcək.

Saat 22:00-da isə turnirin iki favoriti - Braziliya və Belçika yığmaları “Kazan Arena”da üz-üzə gələcəklər.

Braziliyada əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğu üçün matçda çıxış edə bilməyəcək. Digər zədəli Duqlas Kostanın Belçikaya qarşı oynayıb-oynamayacağı hələlik bilinmir.

***

Dünya Çempionatında dörddəbir final mərhələsinin ilk qarşılaşması artıq başlayıb.

***

Matçın 40-cı dəqiqəsində Fransanın oyunçusu Rafael Varan hesabı açıb: 1 - 0

***

62-ci dəqiqədə Qrizmanın dəqiq zərbəsi ilə Fransa fərqi 2 topa çatdırıb: 2 - 0

***

Beləliklə, Fransa rəqibinə 2-0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Xəbər lenti