Təbrizin “Traktor” futbol komandası super liqa yarışları çərçivəsində Tehranın “İstiqlal” klubu ilə qarşılaşacaq.

 

Axar.az xəbər verir ki, matç avqustun 10-u yerli vaxtla saat 20:30-da Tehranın “Azadi” stadionunda baş tutacaq.

“Traktor”-“İstiqlal” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, “İstiqlal” komandası ilə görüş “Traktor” üçün ən prinsipial oyunlardan biri sayılır.

Xəbər lenti