|
16:34
Bu gün Dünya Çempionatında dörddəbir final mərhələsinə start veriləcək.
Axar.az xəbər verir ki, günün ilk matçında saat 18:00-da Fransa və Uruqvay milliləri qarşılaşacaqlar. Matç “Nijni Novqorod” stadionunda keçiriləcək.
Saat 22:00-da isə turnirin iki favoriti - Braziliya və Belçika yığmaları “Kazan Arena”da üz-üzə gələcəklər.
Braziliyada əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğu üçün matçda çıxış edə bilməyəcək. Digər zədəli Duqlas Kostanın Belçikaya qarşı oynayıb-oynamayacağı hələlik bilinmir.
***
Dünya Çempionatında dörddəbir final mərhələsinin ilk qarşılaşması artıq başlayıb.
***
Matçın 40-cı dəqiqəsində Fransanın oyunçusu Rafael Varan hesabı açıb: 1 - 0
***
62-ci dəqiqədə Qrizmanın dəqiq zərbəsi ilə Fransa fərqi 2 topa çatdırıb: 2 - 0
***
Beləliklə, Fransa rəqibinə 2-0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
***
DÇ-2018-in 1/4 final mərhələsində Bakı vaxtı ilə 22:00-da Braziliya və Belçika arasında matç başlayıb.
***
14-cü dəqiqədə top Bernardinyoya dəyərək qapıya gedib və nəticədə avtoqol olub: 1 - 0
Canlı yayımı BURADAN izləyə bilərsiniz