"Qarabağ" klubu sabah Bakı vaxtı ilə 19:00-da BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

 

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Baş məşqçi Qurban Qurbanov isə 18:45-də media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da start götürəcək.

Xəbər lenti