|
Rusları individual göstəricilərdə çox qabaqlayırıq.
Axar.az xəbər verir ki, bu iddia ilə Xorvatiya yığmasının keçmiş müdafiəçisi, məşhur futbolçu Dario Srna çıxış edib.
“Rusiya güclü komandadır. Əgər biz hər iki komandada oyunçuların individual peşəkarlıqlarına baxsaq, o zaman Xorvatiyanın Rusiyanı 90% üstələdiyini görərik. Lakin bu oyun bizə Danimarkayla matçdan daha çətin olacaq”, - Srna bildirib.
Qeyd edək ki, Rusiya və Xorvatiya arasında dünya çempionatının dörddəbir final oyunu bu gün keçiriləcək.