|
Gözlənilməz şəkildə “Real Madrid” klubunun baş məşqçi postunu tərk edən fransalı mütəxəssis Zinəddin Zidanın yeni ünvanı Mançester ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Lekip” nəşri yazıb.
Nəşr “Mançester Yunayted”in məşqçisi Joze Maurinyonun yerinə Zidanın keçmək ehtimalının yüksək olduğunu qeyd edib.