|
“Qarabağ”ın Avropa liqasının pley-off mərhələsində rəqibi olan Moldovanın “Şerif” klubunun yüksəlməsində komandanı çalışdırmış mərhum azərbaycanlı veteran futbolçu Əhməd Ələsgərovun böyük rolu olub.
Axar.az xəbər verir ki, 1997-ci il aprelin 4-də yaradılan “Şerif” elə ilk cəhddən elitaya yüksələ bilib. Bunda isə komandanı çalışdırmış azərbaycanlı Əhməd Ələsgərovun böyük əməyi olub. Amma tiraspollular elitada ona güvənməyi lazım bilməyiblər.
Elitadakı debüt mövsümündə dördüncü yerlə kifayətlənən komanda elə həmin il – 1999-un yazında ölkə kubokunu qazanıb.
Ağdam klubunu sabah qonaq edəcək moldovanların bizimlə daha bir əlaqəsi isə budur ki, klubun sabiq baş məşqçisi, Liviya əsilli italiyalı Roberto Bordin indi “Neftçi”ni çalışdırır.
Qeyd edək ki, Ə.Ələsgərov Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.
O, 2015-ci ildə vəfat edib.