Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov milli komandada çıxışını dayandırdığını açıqlayıb.

 

Axar.az xəbər verir ki, bu barədə futbolçu Rusiya mətbuatına danışıb.

“Özüm üçün müəyyən etdim ki, artıq getmək vaxtıdır. Bu mənim milli komandadakı son oyunum oldu”, - Səmədov bildirib.

Xatırladaq ki, mundialda ötən gecə keçirilən qarşılaşmada ev sahibi Rusiya millisi 11 metrlik cərimə zərbələri seriyasında xorvatlara məğlub olaraq yarımfinala çıxmaq şansını əldən verib.

Xəbər lenti