İspaniyanın futbol üzrə milli komandasının baş məşqçisi Fernando Yerro istefa verib.

 

Axar.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası informasiya yayıb.

Federasiyadan verilən açıqlamada, Yerronun əvvəlki vəzifəsinə - idman direktorluğuna qayıtmağı rədd etdiyi və buna görə də yolların ayrıldığı bildirilib.

Xatırladaq ki, 50 yaşlı mütəxəssis iyunun 13-də “Real” klubu ilə gizli danışıqlar apardığı üçün millidən qovulan Xulen Lopeteqini əvəzləmişdi.

Xəbər lenti