![]() |
|
“Neftçi” futbol klubuna məxsus İsmət Qayıbov adına təlim-məşq bazasının adı dəyişdirilib.
Axar.az klubun saytına istinadən xəbər verir ki, idman qurğusu bundan sonra “Türk Hava Yolları” (THY) məşq mərkəzi adlandırılacaq. Bu dəyişiklik “Neftçi” və THY arasında bu gün imzalanan müqaviləyə əsasən gerçəkləşib.
Eyni zamanda, “Neftçi” klubu məşqə üzərində “Türk Hava Yolları” yazılmış formalarla çıxacaq.