|
Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub.
Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir.
Axar.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun qonağı olacaq. Təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır”.
Qurban Qurbanov meydana sərfəli nəticə qazanmaq üçün çıxacaqlarını spyləyib: “Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.