|
"Real"dakı bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi.
Hər kəsə hədsiz dərəcədə minnətdaram.
Axar.az xəbər verir ki, bu sözləri "Yuventus"a transfer olunan Kristiano Ronaldo deyib.
"Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini rica edirəm", - Ronaldo qeyd edib.