|
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib.
Teleqraf.com-un məlumatına görə, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək:
"Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar".
Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.