|
Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri "Sabah" və "Zirə" bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.
"Report" xəbər verir ki, "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
15 avqust
20.30. "Zirə" - "Osiyek" (Xorvatiya)
Baş hakim: Xulian Veynberqer (Avstriya).
Mərdəkan, "Dalğa Arena".
20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya)
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena".
Qeyd edək ki, "Zirə" ilk görüşdə Xorvatiya klubu ilə heç-heçə (1:1) edib. "Sabah" isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə məğlub olub.